2018-ci ilin son günlərini yaşayırıq. SİA bu il ailə quran məşhurların siyahısını təqdim edir:
Əməkdar artist Nurlan Növrəsli ötən gün Nevin adlı xanımla ailə qurub. İfaçı gəlinsiz məclis edib.

Aktyorlar Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın toyu dekabrın 3-də baş tutub.

Müğənni Vüsal Hacıyev Ayla adlı xanımla toyu noyabrın 26-da gerçəkləşib.

Aktrisa Ülviyyə Əliyeva ilə Manaf bəyin el şənliyi iyunun 18-də baş tutub. Bu, aktrisanın ikinci nikahıdır.

Müğənni Amil Həsənoğlu sentyabrın 10-da olub. Toyda isə gəlin olmayıb.

Müğənni Tunar Rəhmanoğlu uzun müddət nişanlı qaldığı Ülviyyə adlı xanımla iyun ayının 19-da evlənib.

Müğənni Ülviyyə Tağıyeva mayın 8-də ailə qurub.

Aparıcı Ağakərim Əbülfəzoğlu da öz həmkarı Gülnarə ilə 29 iyun tarixində evlənib.

"Bozbash pictures"də "Ağsaqqal" obrazını canlandıran Azər Baxşəliyev mayın 11-də Nigar adlı xanımla özünə toy edib.

Aparıcı Seyran Babayev Günel adlı xanımla aprelin 25-də ailə qurub.

Aparıcı Zaur Nəbioğlu aprelin 24-də evlənib.

İkinci dəfə ailə quran aparıcı Murad Əzimzadə Müjgan adlı xanımla aprel ayında toy edib.

"Fəlakət" obrazı ilə tanınan Elşən Orucov İlahə adlı xanımla martın 5-də ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB