Flora Kərimova: "...deyirlər ki, bizə yazığınız gəlsin" - AÇIQLAMA

Flora Kərimova: "...deyirlər ki, bizə yazığınız gəlsin" - AÇIQLAMA
Uzun illərdir böyük sənətkarlar arasında önəmli yer tutan xalq artisti Flora Kərimovanın avtomobilini sürücüsü yox, özü idarə edir. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, onun Dövlət Yol Polisləri ilə heş bir problemi yoxdur: "Sürücülük vəsiqəm var. Amma içərisində bal yoxdur. Şükür Allaha ki, polislər mənə balları "hədiyyə" verməyiblər. Bu günə qədər heç olmayıb. Ancaq o ballar yazılası olsaydı, mən indi onların içərisində batmışdım. Amma yol polisləri mənimlə ballar arasında kişi kimi dayanıblar, "qoymarıq" deyirlər (gülür). Dövlət Yol Polislərinin hamısına hörmət edirəm, amma etiraf edim, birdən bilmədən və ya qanmadan qaydanı pozuram. Lakin çox sağ olsunlar ki, bunu mənə keçirlər. Saxlayıb deyirlər ki, Flora xanım, bizə yazığınız gəlsin. Bəlkə də yol polisində məndən palaz-palaz dosyelər var. Yenə də çox sağ olsunlar, hörmət edirlər. Görünür mən o hörməti zərrə-zərrə, əziyyətlə qazanmışam. Çalışıram o hörməti itirməyəm."

Bütün xəbərlər Facebook səhifəmizdə