“Maşın” realiti şousunun tanıtım çarxı yayımlanıb. SİA-nın məlumatına görə, oyunun bu dəfəki sloqanı “hind kinosu” olacaq. 18 iştirakçı 13 dekabrdan maşının ətrafına toplaşacaq.
Xalq artisti Murad Dadaşovun layihəsi olan “Maşın” ATV-də efirə gedəcək. Çarx "İnstagram"da yayılıb. Həmin görüntülər izləyicilər tərəfidnən gülüşlə qarşılanıb.
Hətta şou-biznes nümayəndələri belə onu öz sosial media hesablarında paylaşaraq ələ salıblar.
Qeyd edək ki, oyunda avtomobil uğrunda yarışanlar arasında Səmra Rəhimli, Ranar Musayev, Sərxan Kərəmoğlu, Allahverdi Yolçuyev, Mina Hüseyn, Ramil Nabran kimi məşhurlar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB