Zamiqlə Sevda Yəhyayeva “sevgili” oldular

Zamiqlə Sevda Yəhyayeva “sevgili” oldular
Populyar müğənnilər Zamiq Hüseynov və Sevda Yəhyayeva bundan sonra bir – birilərinə "Sev, sevgilim" deyəcəklər. SİA-nın məlumatına görə, müğənnilərin yeni yazdırdıqları duet "Sev, sevgilim" adlanır. Mahnı bir müddət öncə studiyadan çıxıb. Duet tezliklə radio dalğaları vasitəsi ilə dinləyicilərin ixtiyarına buraxılacaq.

Qeyd edək ki, "Sev, sevgilim" mahnısının söz və musiqi müəllifi İsmayıl Əsədovdur. Aranjemanı isə Ramin Vəlibəyovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə