Müğənni Afət Fərmanqızı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı maraqlı açıqlama verib: "Mən sənət üçün oxumuram. Pul qazanmaq üçün yüngül bəstələr ifa edirəm. Sənətə ilk gələndə Eldar Mansurovun mahnısını oxudum. Gördüm ki, acından öləcəm. Gələcəkdə Heydər Əliyev Sarayında konsert vermək üçün və ya fəxri ad almaq üçün oxumuram. Mənə fəxri ad versələr belə lazım deyil. Toy mahnılarını Sarayda oxumayacam ki...."
Bütün xəbərlər Facebook səhifəmizdə