Nisə Qasımova: “Geyim tərzim özümə qarşı münasibətimi dəyişə bilməz”- MÜSAHİBƏ
- Nisə xanım, günü gündən cavanlaşırsınız, maşallah.
- Təşəkkür edirəm, amma mən qeyd etməliyəm ki, həkimlər mənə hündür daban ayaqqabı geyinməyi qadağan ediblər. Ayaqlarım ağrıyır. Məhz bu səbəbdən mən altı düz və rahat ayaqqabılara üstünlük verirəm. Belə geyimdə isə insan yaşından bir az cavan görünür. Elə bayaq qapıdan çıxıb bura gələndə mənim qonşum həm də yaxın dostum, yazıçı-şair Vüqar Əhməd məni məhəllədə görəndə, deyir göz dəyməsin Nisə xanım, elə bil 16 yaşınız var (gülür). Mən hiss edirəm ki, dikdaban ayaqqabıdan imtina edəndən daha cavan görünürəm.
- Bu geyim tərzini özünüz bəyənirsiniz, yoxsa sadəcə cavan göründüyünüz üçün belə geyinirsiniz?
- Bu geyim tərzi mənə çox rahat gəlir.
- Amma gəlin etiraf edək, Azərbaycanın xalq artisti bir az başqa cür geyinməlidir. Qınaq obyektinə çevrildiyinizi hiss etməmisiniz?
- Əgər kimsə bunu qınaq obyektinə çevirirsə, olsun! Onsuz da zəmanəmiz belə gətirib. Mənfi düşüncəli və qara qəlbli insanlar qınaq üçün hər an bir səbəb axtarırlar. Amma buradan demək istəyirəm ki, narahat olmasınlar. Mən onlara səbəb verəcəyəm. Bəli, qoy mənim belə geyinməyim, onlar üçün yeni bir səbəb olsun. Ancaq dünya tək mənfi düşüncəli insanlardan ibarət deyil. Elə insan var ki, pisə belə baxanda, ona yaxşı deyir. Və belə insan üçün o pis qınaq obyekti olmur.
- Bəlkə bu sadəcə ondan irəli gələr ki, hər kəs Nisə Qasımovanı hər zaman uzun libaslarda, kübar geyimlərdə görməyə çox alışıb?
- Yadımdadır ki, bir neçə il bundan əvvəl mən idman üslubunda geyimlərə çox üstünlük verirdim. Mən yola çıxmıram, dükan-bazar tanımıram. Ümumiyyətlə, ictimai yerlərdə az oluram. Göründüyüm yerlər konsert salonları, televiziya məkanları, səhnədir. Bax, bu yerlərdə mən hər zaman səhnə libaslarında olmuşam. Amma səhnəyə çıxmayanda, çalışıram sadəcə mənə rahat olan geyimdə olum. Əgər mən bu geyimdə özümü şən və yaxşı hiss edirəmsə, nədən də geyinməyim?!
- Ümumiyyətlə, xalq artisti necə geyinməlidir?
- Hər yerin öz geyimi var.
- Amma bir çox xalq artistləri özlərinə müəyyən geyim çərçivəsi qoyublar. Bəziləri hətta etiraf edib ki, evdən çıxanda rahat geyiniblər, amma yarı yolda "sən xalq artistisən" deyib, qayıdıb əyinlərini dəyişiblər?!
- Əslində insan içində və xalqın qarşınsa xalq artisti olmalıdır. Mən bilirəm ki, necə də geyinsəm də Nisəni tanıyanlar tanıyır. Geyim tərzim özümə qarşı münasibətimi dəyişə bilməz. Nisəni sevənlər, ona heç bir irad tutmazlar. Bir də ki, mənim fikrimcə, xalq artistinin nə buynuzları içəri getmir, nə də quyruğu olduğu halda kəsilib atılmır. Ya da ki, əksinə.
- Amma onlar göz önündə olurlar.
- Xalq artisti özünü xalq artisti kimi göstərməsi üçün xüsusi məkanlar var. Məhz belə yerlərdə özünün xalq artisti olduğunu sübut edə bilərsən. Əgər bir çox müğənnilərə canları və sağlamlıqları ürəkləri istədiyi kimi geyinməyi imkan verirsə, mən bunu yalnız alqışlayıram. Amma mənim sağlamlığım buna imkan vermir. Və mən indi görürəm ki, belə rahat geyinmək mənim sağlamlığım üçün çox xeyirdir. Bəlkə də gələcəkdə belə idman üslublarında daha çox üstünlük verdim. Belə geyimlərdə mən artıq yeməyimə də fikir verməyə başlamışam. Pəhriz saxlayıram, cavanlaşıram.
- Bəlkə bu cür cavanlaşmağa doğru sizi nəyisə itələyir? Stimul aldığınız nəyisə varmı?
- Mənim heç bir məqsədim yoxdur. Sadəcə insan çox yeyəndə ağırlaşır. Ürək sıxılmaları olur, müğənni gərək özünü rahat hiss eləsin. Qidanı az qəbul etmək xeyirdən başqa bir şey deyil. Yalnız bu üzdən pəhriz saxlayıram, başqa bir məqsədim yoxdur. Mən estetik əməliyyatdan sonra yenə kökəldim. Çünki o əməliyyatdan sonra xüsusi pəhrizi gözləmədim. Dedim artıq nə var idisə, hamısını götürüblər. Amma indi görürəm ki, əvvəlki kilomu almışam. Stimul aldığım isə heç nə yoxdur.
- Bilirik ki, vaxtı ilə stimulu ananızdan alırdınız. Allah ona rəhmət eləsin.
- Ölənləriniz rəhmətlik. Bəli, mənim həyat stimulum anam idi. Bir zamanlar demişdim ki, sənəti atacağam. Amma sonra anamın adına, onun ruhuna and içdim ki, heç vaxt bu sənətdən getmərəm. Onu hər zaman sevindirən, yaşdan mənim oxumağım olub. Hər bir ana üçün müğənni övlad ən sevimli artist hesab olunur. Mən də öz anam üçün ən yaxşısı idim. Ola bilsin ki, kimlərinsə gözündə yaxşı kimlərinsə gözündə pis idim. Amma anamın gözündə hamıdan yaxşısı mən idim. Çünki onun özünə qarşı yaxşı olmuşam. Anam dünyasını dəyişəndən sonra sənətdən getmək kimi fikri ağlıma gətirdiyim üçün böyük səhv eləmişəm. Anam da sağ ikən məni çox tənqid elədi. O sözü dediyim üçün məni çox danladı. İndi isə anam olmasa da, anamdan aldığım stimul qaynağını özüm öz gücümə yaradıram. İndi deyirəm ki, mən dayanmamalıyam, oxumalıyam. Deyirəm hələ oxuyası çox mahnılarım var. Özüm öz gücümə edəcəyəm hamısını.
- Nisə xanım, niyə bu qədər səmimi, sadəsiniz?
- Kənardan bütün insanları, bu şəhəri, bu təbiəti, bu yeri-göyü seyr edirsən, görürsən ki, dünya fani və yalan dünyadır. Eynən mənim oxuduğum mahnı kimi. İndi insanların biri-biri ilə xoş rəftarını görəndə insanın gözləri dolur. Mənim özünü çəkən, dartan insanlardan xoşum gəlmir. Bəzilərinin içindən, gözündən, əlindən ayağından "M" hərfi yağır. "Mənəm-mənəm" deyənlər o qədər artıb ki. Bax bu cür insanlardan çəkinmək, qaçmaq lazımdır. Mən də qaçıram. Mənim fikrimcə, heç bir insan biri-birindən fərqlənmir. Hər kəs öz işinə, amalına və niyyətinə görə fərqlənir. İndi siz deyin, necə sadə olmayım? Düzdür, təvazökarlığımın 50 %-ni atmışam bir qırağa. Artıq hər kəsin alışdığı o təvazökar Nisə deyiləm. Məsələn, bu gün mən hər hansı bir tribunadan əvvəl səsləndirmədiyim ifadələri deyə bilərəm. Amma bundan öncə nəyisə deməmişdən əvvəl düşünərdim, sıxılardım. Ancaq indi çox sərbəstəm.
- Bu sərbəstlik haradan yaranıb?
- Mən zəmanənin gündəmində olan müğənniyəm. Həm yaşıma, həm də özümə görə. Mən mütaliəsiz qala bilmərəm. Ciddi bir iş görmədən yaşaya bilmərəm. Elə buna görə də mən öz jurnalımı çıxartdım. Adıda "Nisa"-dır. Əslində Quranda mənim adım Nisə deyil, Nisadır. Amma biz Nisəyə daha çox alışmışıq. Bir onu qeyd edim ki, burada şou-biznes rubrikası olmayacaq. Çünki bu mövzular məni çox bezdirib. Dünyanın hər yerində olan şou-bizneslə maraqlanmışıq. Çox işlənib bu mövzular. Baxdım ki, bizdə çatışmayan nəyisə var, bax bizdə o nəyisə tapıb çıxartmaq istəyirik. İncəsənət, mədəniyyət və əsl sənət lazımdır. Əgər bu sadalananlar varsa, demək şou-biznesdə mövcuddur. Amma əvvəllər sənəti sənət üçün göstərirdinsə, bu gün artıq pul qazanmaq üçün göstərirsən.
- Nisə xanım, davranışınıza baxıram. İnsanlar ünsiyyətdə olarkən xalq artisti olduğunu bir kənara qoyursunuz. Və sizdə olursunuz onlardan biri.
- Mən bir söz demək istəyirəm. Baxmayaraq ki, 5-10 il sənətdə olan müğənnilər utanmadan bunu etiraf edə bilirlər, amma mən 45-50 il sənətdə olan insanların qarşısında utanaq deyirəm ki, mən 39 ildir, sənətdəyəm. Və o 39 ilin 25 ilini mən evdə keçirtmişəm. Cəmiyyət arasında görünməkdən çəkinmişəm. Amma sonra ki, mən Moskvaya getdim və orada yaşadım. Orada sərbəst şəkildə metroya minirdim, dükana gedirdim. Onda mən insanlarla daha çox ünsiyyətdə olmağa çalışdım. İndi artıq 2 ildir ki, çox sərbəstəm. Təbii ki, yenə də mən tək-tənha küçədə bayırda gəzmirəm. Amma hiss edirəm ki, sıradan biri kimi olmaq üçün çox darıxıram. Bax o anlarda hər hansı bir məclisə dəvət alanda çalışıram sıradan biri olum.
- Artıq 39 ildir, sənətdəsiniz. 40 illik yubileyi keçirməyi nəzərdə tutmursunuz?
- Əslində mən fikirləşməmişəm nəyi necə keçirdəcəyəm. Amma təbii ki, yubiley mənim də ürəyimdən keçir. Allah qoysa niyyətimdə var. Onda isə bəlkə indikində də cavan göründüm. (gülür).

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB