Aparıcı Zaur Kamal idarə etdiyi verilişdə oğlundan danışıb. SİA-nın məlumatına görə, aparıcı proqramda övladının onun kartından 800 manat pul götürməsindən bəhs edib: "Bu gün çox əsəbiyəm. Ümumiyyətlə, "uşaq nədir, fişəng nədir?" məsələi var, düzdür. Ağsaqqallar deyir ki, uşağı çox da ərköyün böyütmək lazım deyil. İndiki zamanda hansı atadan soruşuram, deyir uşağa sözlə tərbiyə verirəm.
Bu gün kartdan bizim uşaq 800 manat pul çıxardıb. İnternetdə oyun kartlarıdı nədi, nə bilim. 49 dollar bir, 59 dollar bir, 70 dollar bir. Toplam 800 manatlıq. Alışmayım neyləyim? İndi gedəndə görüm mənə nə cavab verəcək. Evdəkilərə dedim heç nə deməsin. Əsəbimdən bilmirəm nə edim. 800 manatı boş-boş oyunlara xərcləyib. Uşaq döyməklə əmələ gəlməz. Amma nə isə etmək lazımdır.
Bu gün banka zəng etmişəm. Deyir "Sənin kartın kimdə olub? Kimin əlində olub, o da xərcləyib". Sonra baxıram ki, o qədər pulu oyunlara xərcləyib. Buradan üzümü valideyinlərə tutub demək istəyirəm ki, uşağa bank kartı filan göstərməyin. Uşaqlar çox şeyə qadirdir. Günah bizdədir ki, bahalı telefon alıb veririk. Ona sözümü evdə deyəcəm".
Qeyd edək ki, Zaurun Bartu və Rüstəm adlı iki oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB