Xatirə ilə Məlahətin qalmaqalı yenidən alovlandı VİDEO-FOTO

Xatirə ilə Məlahətin qalmaqalı yenidən alovlandı VİDEO-FOTO

Əməkdar artist Məlahət Abbasova və müğənni Xatirə İslam arasında qalmaqal yenidən alovlanıb. SİA-nın məlumatına görə, Xatirə növbəti dəfə aktrisaya videomüraciət ünvanlayıb: "Süpürgəçilərin şəklini düzürsüz və altdan yazırsınız ki, namusu ilə pul qazanan süpürgəçilərin qarşısında baş əyirəm. Başa salın görüm, bu məsələnin süpürgəçilərə nə aiddiyatı var? Onların şəklini qoyub özünüzə xal qazanırsınız? Siz ağzınızdan səhv buraxmısınız və cavabını da almısınız. Lazım deyil belə şeylər etmək. Şəhid analarının, əsgərlərin, xəstə uşaqların yanında hörmət qazanmaq lazımdır. Süpürgəçilərə, imkansızlara hörmət eləmək lazımdır, yoxsa yalandan şəkil qoymaq lazım deyil. Bu, son olsun, pərdəli bitsin hər şey".

Xatırladaq ki, M.Abbasova "Altın kelebek" səhnəsində yer alan Xatirə İslam haqqında "Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı" sözlərini demişdi.

Aktisaya cavab olaraq Xatirə "İnstagram" səhifəsində canlı yayımda Məlahət Abbasovanı tanımadığını və təkcə süpürgəçi obrazında rol oynadığını qeyd edib.

X.İslamın bu sözlərinə isə M.Abbasova süpürgəçilərin şəklini paylaşaraq cavab verib. O, qeyd edib ki, namusu, qeyrəti ilə pul qazanan süpürgəçilərdən utananlar utanmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə