Müğənni Samira: "Mənim taleyim Allah tərəfindən çoxdan yazılıb” - AÇIQLAMA
Azərbaycan şou-biznesinin bir çox simaları caduya, fala və bu kimi qüvvələrə yamanca inanırlar. Xüsusi ilə Yeni il və Novruz bayramı ərəfələrində onların mistik qüvvələrə və fala baxmağa maraqları çoxalır. Lakin bəzi müğənnilər də var ki, bu cür inanclara qəti şəkildə inanmırlar. Onlardan bir də Müğənni Samiradır.
SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, insan yalnız Allaha inanmalıdır: "İslamda cadu var. Cadu isə şeytan əməlidir. Buna da insanlar əl atırlar. Bir çox mövzulara görə, onlar bu yola əl atırlar. Xoşbəxt olum, nə bilim bu insan mənim olsun. Amma olmaz, bundan qorunmaq lazımdır. Nə həkim, nə ekstrasens, nə baxıcı sənə kömək edə bilməz. İnsana yalnız Allah kömək ola bilər. Səhər, günorta və axşam etdiyin bütün duaların sənə kömək ola bilər. Allah duası hər kəsin dərmanıdır. Bunu mən deyirəm, Samirə. Əgər Allahın adını tutsanız, heç bir cadu sizə toxuna bilməz. Çünki cadu şeytan əməlidir, şeytan isə Allahdan qorxur. Bu günə qədər evimdən cadu əlamətli heç nə tapmamışam. Çünki heç kimin evini yıxmamışam. Düşünürəm ki, heç kim də mənim evimi yıxmaq iqtidarında deyil. Ola bilsin kimsə paxıllıq çəkir. Amma mən heç kimin daxili aləminə girə bilmərəm. Bəlkə də mən nəyisə hiss eləmişəm, amma hər zaman boş vermişəm. Mən inanclara inanan adam deyiləm. Yanımdan qara pişik keçəndə günüm lap əla olur. Mənim taleyim Allah tərəfindən çoxdan yazılıb. Mən ondan başqa heç nəyə inanmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB