“Eurovision-2011” müsabiqəsi üzrə milli seçimlərin son yarımfinal həftəsindəki ifaçıların adı bəlli olub

“Eurovision-2011” müsabiqəsi üzrə milli seçimlərin son yarımfinal həftəsindəki ifaçıların adı bəlli olub

"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin yeddinci, sonuncu həftəsində 11 deyil, 12 iştirakçı mübarizə aparacaq. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, dekabrın 27-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) canlı efirində müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 12 iştirakçı öz istedadını nümayiş etdirəcək.

Gələn həftənin bazar ertəsindən etibarən Orxan Nəsibov, Səbinə Məmmədova, Habil Əhmədov, Sadıx Ağamalıyev, Nigar Dərgahzadə, İlhamə Qasımova, Davud Əsgərli, Lalə Əliyeva, Tahir Quliyev, Günay Əhmədova, Azad Şabanov və Nigar Camal çıxış edəcək.

Dekabrın 31-də, Yeni il bayramı günü 12 namizəd arasından tamaşaçılar və münsiflər tərəfindən ən çox səs toplayanı finala vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə