“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli "Altın kelebek" mükafatladırma mərasiminə qatılıb. SİA-nın məlumatına görə, ifaçı yenə geyimi ilə gündəm olmağı bacarıb. Belə ki, o tədbirə bodi və uzun boğazlı çəkmələrlə gəlib.
O, gecədən şəkil şəkdirərək, "İnstagram" səhifəsində paylaşıb. O, fotosuna bu sözləri yazıb: "Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir".
Səmranın fotosu müzakirələrə səbəb olub. Bəziləri onun çox seksual göründüyünü desə də, bir çoxları tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB