"Altın kelebek"də Xatirəyə hörmətsizlik etdilər VİDEO

"Altın kelebek"də Xatirəyə hörmətsizlik etdilər VİDEO

Müğənni Xatirə İslam "Altın Kelebek" mükafatlandırma mərasimində hörmətsizlik edilib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib.

O, bildirib ki, ifası yarımçıq kəsilərək yerinə reklam verilib: "Murad Dadaşovun işçiləri mənə dedi ki, Xatirə xanım, axıra kimi gəlməlisiniz. Onda axıra kimi də gələrdiniz də, bu qədər də hörmətsizlik eləmək olmaz axı. Hörmətli "M Group" və onun çox hörmət etdiyim əməkdaşları, mən ora lazım idimsə, niyə mənim ifamı kəsib, efirdə hansısa reklam verilib? Yox, əgər lazım deyildimsə, onda niyə mənə bu qədər zəng edib dəvət edirdiniz? Bu gün mənə düz 4 dəfə zəng etmisiniz. Mən də saat 1-dən gözəllik salonundayam. Niyə mən öz körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə verməliyəm? Siz də onun müqabilində belə hörmətsizlik eləməlisiniz? Bu nə deməkdir? Mən heç bilmirəm bu kimin günahıdır. Efirinmi, yoxsa, təşkilatçılarınmı? Buna nə ad vermək olar?

Deyə bilərdim ki, xəstəyəm, özümü pis hiss edirəm. Gəlməyə bilərdim. Məni öldürməyəcəkdiniz ki... Amma mən onu eləmədim, özümü, ailəmi pis vəziyyətə qoydum, konsertə gəldim. Bu gün övladım ac qalıb. Amma mən söz vermişdim. Gəldim. Şərt o deyil ki, bilet satdınız, konsertdə adam yığdınız. Belə proyekt eləmirlər. Yenə deyirəm, Murad Dadaşova söz vermişdim, getdim. Yoxsa, mən elə yerlərdən yüksək qonorar alıram. Mənim gecə klublarında nə işim var".

Bütün xəbərlər Facebook səhifəmizdə