Nazpəri Elzanı ələ saldı VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında "Azərbaycanın səsi" yarışmasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, Elza Nazpəriyə onun tələbələrinin adını deməməsinə əsəbiləşib. Söz-savaşına çıxan ifaçılar arasında gərgin anlar yaşanıb. Nazpəri küsərək efiri tərk edib.

Xalq artisti bu hadisədən sonra verilişlərin birində qonaq olub. O, Elzanın "Sən mənim tələbəm olmusan" sözlərini ələ salıb:"Müəlliməmi təqdim edəcəm. Mənim böyük sənətkar müəlliməm olub xəbəriniz var? Bilməmişəm, müəlliməm yeni peyda oldu. Gördüm ki, bir nəfər həmkarlarına hörmətsizlik edir. Dedim, gəlin bir-birimizə hörmət edək. Biz musiqiyə irad bildirməliyik. Bu isə uşaqları təhqir edir. Ancaq "mən belə, mən elə" deyir. Susub otururam, bu danışır.

Hamımız həmkarıq, olmaz. Birdən-birə eşitdim ki, Elza Seyidcahan desin ki, tələbəm olmusan. Mən "Əməkdar artist" adını alanda Elza qorxa-qorxa evimə gəlib deyirdi ki, mahnımı oxu, tanınım".

Bütün xəbərlər Facebook səhifəmizdə