Ülviyyə ilə Muradın toy dəvətnaməsi FOTO

Ülviyyə ilə Muradın toy dəvətnaməsi FOTO

Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayılın sabah toyu olacaq. SİA-nın məlumatına görə, şəhər restoranlarının birində baş tutacaq məclisin aktrisa toy dəvətnamələrini yayıb. O, həmin dəvətnaməni sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Hazırda çox qəribə hisslər yaşayıram. Hansı ki, onu kəlimələrlə başa sala bilmirəm. Bu gün evimizdə keçirdiyim son günümdür. Mənə bu qədər çətin olacağını təsəvvür edə bilmidim. Ümumiyyətlə ərə getmə prosesinin bu qədər gərgin, stresli olacağını ummurdum. Ay subaylar, başınıza gəlsin. Mənə yaxın olan hər kəsi sabah yanımda görmək istəyirəm".

Qeyd edək ki, noyabrın 26-da Ülviyyənin xına mərasimi olub. Onların nişanı iyulda olub. Avqustda isə aktyorların nikah mərasimi baş tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə