Müğənni Kərim Abbasov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı əməkdar artist Elza Seyidcahan haqda qalmaqallı açıqlama verib: "Nadir Qafarzadə mənə zəng etdi ki, filan ünvana gəl. Çatanda zəng vurdum ki, buradayam. Düşüb məni qarşıladı, gördüm Rəşad İlyasovun evi. Xanımı çıxdı, başa düşdüm evə gəlmişəm. İçəri girəndə gördüm qara rəngdə bir şey oturub, gördüm Elza. Dedim, ay Nadir, məni niyə çağırdın? Elza çay içə-içə başını qaldırıb baxdı. Qayıtdım ki, bir dəfə insanı öpürəm, ikinci dəfə etmirəm. Elza başladı itdən-pişikdən danışmağa. 2008-ci ildən danışır. Durdum ayağa ki, məni niyə çağırmısınız? Rəşadla Nadir saxladı məni, Elza özünə yaraşan formada məni təhqir etdi. Ailə üzvlərinə etdi onu. Qayıtdı ki, sən filankəssən. Dedim, özünsən. Dedi, səni döydürərəm. Dedim, bu sözü sənə yedizdirəcəm. Efirə zəng edib, dediklərini dandı. Mənə deyir, qadın döyənsən. Sən ailəndən bunu görmüsən. Mənim qadın döydüyümü görmüsən?
O gün efirdə qıza deyir ki, palçıqqarışdıransan. Səndən yaxşı oxuyur o qız. Sizin yaşınıza gəlib çatsam, Rasim Balayev kimi sənətkar efirdə desə "Biri buna dur deməlidir", mikrofonu qoyub, şou-biznesi tərk edərəm. Gör, insanı necə dilləndirdin. Sən heç kimsən ki, məni döydürəsən. Bir də mənlə belə zarafat etmə, çaşma.
Görün hansı zəmanəyə çatmışıq ki, oxuya bilməyən oxuyana deyir ki, bacarmırsan. Elza, gəl musiqiçilərlə meydana çıxaq. Səni sənətimlə kürəyini yerə vuraram. Sən müğənni, şairə deyilsən, bir-iki mahnı yazmısan".
Kərim bildirib ki, Seyidcahanı polisə şikayət etmək istəsə də, sonradan fikrindən daşınıb: "Elza, dünəndən şöbəyə şikayət etmək istəyirdim. Səni elə-belə qəbul etdiyimə, xanım, qadın olduğuna görə etmədim. Bəstələr yazırsan, mənim bir bəstəmə bax gör əsl musiqi necə olur. Səni polisə vermirəm. Yalvar Allaha ki, saçımdan bir tük qopmasın, səndən bilinəcək".
Proqrama zəng edən Nadir Qafarzadə isə bunla bağlı suallara belə cavab verib: "Elza ilə Kərimi bir məkana çağırdıq ki, barışdıraq. Onun hədə-qorxu gəlməsi yadımda deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB