Sevil və Sevinc yenidən bibi olacaq

Müğənni Sevil və Sevinc bacılarından xoş xəbər var. SİA-nın məlumatına görə, ikinci dəfə bibi olacaqlar. Bu haqda əkizlər özü xəbər yayıblar. İfaçılar bildiriblər ki, qardaşı Anarın həyat yoldaşı Nərmin hamilədir: "Mələyim, gözəl gəlinim, Azadın anası... Səni o qədər çox sevirik ki... Yaxşı ki, varımızsan. Bibilər artıq səbirsizliklə sənin yolunu gözləyir".

Sevil və Sevinc uşağın qız olacağını və ona Anel adını qoyacaqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə