Teymur əmi efirdə "jim" etdi VİDEO

Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olduğu proqramda "jim" edib. SİA-nın məlumatına görə, 79 yaşlı müğənni özünə necə qulluq etməsindən danışıb:

"Səhər və günorta yemək yesinlər, şam yeməsinlər. Hər səhər idman etsinlər. 40 ildir 7 ağacdan düzəltdirdiyim taxtda yatıram. Üstünə isə dəvə yunundan olan nazik örtük örtürəm. Başımın altındakı isə ağacdan balış qoyuram".

Daha sonra yerə uzanan Teymur əmi 51 dəfə "jim" edib.

Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Video izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə