"Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub"

"Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub"

Əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın Türkiyədə əməliyyat olunduğunu bildirib. SİA-nın məlumatına görə, ifaçı deputatın ünvanına xoş sözlər yağdırıb: "Bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım. Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur. Onda biz yaxşı dost deyilik.

Niyə sizin yanınızda olmamalıyıq, belə olmalıdır? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır. Amma çiynimizdə haqqın ola-ola, sağlamlığınızda problem olur və bundan xəbərimiz olmur.

Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə