"İstəmədim Ülkər yetim qız kimi ər evinə köçsün"

"İstəmədim Ülkər yetim qız kimi ər evinə köçsün"

Əməkdar artist Mətanət İsgəndərli şəxsi həyatından danışıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində bəhs edib: "Övladlarımı tək böyütmüşəm. İşimlə bağlı olaraq, oğlumu və qızımı anamın, bacımın, qonşunun yanında qoyub, getmişəm. Ona görə balalarımdan doymamışam. Allah da elə nəsib etdi ki, qızım Ülkər Türkiyə vətəndaşı ilə ailə qurdu. Qardaş ölkəyə köçdü".

Sənətçi qızının toyunundan da söz açıb: "Qızım toyunda keçmiş həyat yoldaşım gəlmişdi. İstəmədim Ülkər yetim qız kimi ər evinə köçsün. Dərdimi təzələməyin (ağlayır)".

Bütün xəbərlər Facebook səhifəmizdə