Naildən Damlaya sərt sözlər: "Əllərimdən öpürdü" VİDEO

Naildən Damlaya sərt sözlər: "Əllərimdən öpürdü" VİDEO

Rejissor Nail Naiboğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, rejissor müğənni Damla ilə aralarında yaşanan qalmaqaldan danışıb: “Hər zaman çalışıram ki, səmimi olum. Çünki insanları aldatmaq mümkün deyil. Bir müğənni var idi. O sənətə təzə gəlmişdi. Biz onunla ilk dəfə görüşəndə əllərimdən o qədər öpdü və “Doğrudanmı, Nail Naiboğlu ilə görüşürəm?!” dedi. Ona dəstək oldum. Ona bir neçə gün öncə konsertlə bağlı zəng vurdum. Dedi ki, bilirsən, mənim vaxtım yoxdur. Halbuki ondan əvvəl onunla səhnəyə çıxmaq istəməyən digər bir ulduz var idi. Zəng vurub xahiş etdim ki, işin olmasın, klip çəkmişəm, qoy gəlsin, reytinqi var.

O, nə Flora Kərimovadan, nə Faiq Ağayevdən nə Nisə Qasımovadan, nə Ədalətdən artıq ifaçıdır. Yalandan "Youtube"da 4-5-10 milyon izləmə yığa bilər. Dostluğumuz xatirinə mən Renkanı dəvət etdim və o mənə “İşim çoxdur, gəlmirəm” dedi. Onsuz da orada Fatimə və Oksana var idi və hansı ki, onlar əsl rəqassədilər. Və yaxud Damlanın, “vaxtım yoxdur, gələ bilmirəm” deməyi... Fikirləşirsən ki, görəsən bu o Damladır ki, zəng vurub deyirdi ki, “Nail, görəsən nə vaxtsa olacaq, sən mənə klip çəkəcəksən?!””.

Bütün xəbərlər Facebook səhifəmizdə