Xalq artisti Azərin Türkiyə kanalında yayımlanan “Savaşçı” serialında çəkilib. SİA-nın məlumatına görə, sənətçi ekran işində müğənni obrazında əsgərlərin qarşısına çıxıb.
Azərin əsgərlər üçün “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. İfasının sonunda müğənni "İnşaAllah, bir gün Azərbaycan bayrağını Qarabağdan asacağıq" sözlərini deyib.
Azərinin sözügedən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.
Qeyd edək ki, sözügedən serialda aktyor-rejissor Kənan Mahmudov da rol alır. O, filmdə türk ordusunda xidmət edən azərbaycanlı zabit obrazını canlandırır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB