Rəhmandan Rəmişə: "Oğul yetişdirməyim kişiliyimin sübutudur" VİDEO
Gitara ifaçısı Rəhman Məmmədli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, musiqiçi uzun müddətdir qalmaqal yaşadığı xalq artisti Rafiq Hüseynovdan (Rəmiş) danışıb: “Proqramların birində haqqımda Rəmişə sual veriləndə aparıcıya deyib ki, "kişidən danış". Bu sözlər kimə xoş gələr? Mənim adım gələndə deyir ki, mənə kişidən danış. Elin, xalqın gözü bilir ki, kim necə kişidir. Mənim oğul yetişdirməyim kişiliyimin sübutudur. Sən məni nə yerinə sayırsansa, mən də səni o yerə sayıram. Mənim oğlumdan danışmağıma dəyər, bəs Rəmiş kimdən danışacaq?.
İstəyirəm bəyan edəm ki, gəl bununla soyuq müharibəmizə son qoyaq. Atmacalarına mən də cavab verəcəm. Bir-birimizə atmacalar atmayaq. Mən səndən ötrü 9 milyonun biri deyiləm. Mən bu məmləkətin 2-3 nəfərindən biriyəm. Sənin böyüklüyünü məndən çox səsləndirən yoxdur. Heç nə, demişəm ki, bu sənət mənə Allah vergisidir. Məktəbim, müəllimim olmayıb. İbtidai məktəbə də getməmişəm. Qonşudan taxta gitara tapmışam, onunla gitara çalan olmuşam. Rəmiş, sən böyük bir fenomenlik yaratmısan, amma onu qoruya bilmirsən”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB