Leyla Ramazanlı “Qran-Pri” mükafatına layiq görülüb

Leyla Ramazanlı “Qran-Pri” mükafatına layiq görülüb
Dünən Heydər Əliyev adına Sarayda "Bakı gecələri" adlı estrada mahnı festivalı keçirilib. SİA- nın məlumatına görə, estrada müğənnilərin iştirakı ilə hər il baş tutan mərasim bu dəfə də ənənəsinə sadiq qalıb. Konsertdə gənc müğənni Leyla Ramazanlı mükafata layiq görülüb.

Müğənni sözləri Arzu Əsədova, musiqisi İsmail Əsədova məxsus olan "Qələbə" adlı ifası ilə festivala qatılıb. Sonda Leyla Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən festivalının "Qran pri" mükafatına layiq görülüb. Leyla ilə yanaşı mahnının müəllifləri Arzu Əsədov və İsmail Əsədov da mükafatlandırılıblar.

Leylanın meneceri Ceyhun əlavə edib ki, mükafatlandırılan, vətənpərvərlik mövzusunda olan mahnısının klipi artıq hazırdır: "Klipin rejissorluğu Xavər Ağamalıyeva və Elrəngə məxsusdur. Klip artıq tamaşaçılara təqdim olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə