Avtomobil qəzasına düşən əməkdar artist Röya Ayxanın fotosu yayılıb. SİA-nın məlumatıan görə, şəkli ifaçıya baş çəkməyə gedən aparıcı Hacı Nuran paylaşıb.
O, "İnstagram" hesabında sənətçinin evində oğlu ilə çəkilmiş fotonu yerləşdirərək “Narahat olmayın. Hər şey yaxşıdır” şərhini yazıb.
Qeyd edək ki, Röya hadisə yerindən təcili tibbi yardım vasitəsilə Bakıda özəl klinikalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.
Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB