Prodüser Tarix Əliyev (Tolik) idarə etdiyi verilişdə həmkarı Təranə Səmədovanın həbsdə olması haqda danışıb. SİA-nın məlumatına görə, Tolik bildirib ki, Təranənin qızı Suelə anasına görə yazığı gəlir: "Heç vaxt Təranə haqda danışmamışam, danışmayacam da. Təranəyə qətiyyən acımıram. Amma onun qızına... Balaca qıza məktəbdə deyirlər, ananı tutublar. Mağazaya gedəndə deyirlər, filankəsin qızıdır. Bu ona ölümdür. Bizim etdiklərimizə görə, uşaqlarımız, valideynlərimiz qınanılmamalıdır. Mənə görə atama da nələr yazırlar".
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB