Fatimə: "Xatun anamı, yoldaşımı, uşağımı söyüb"

Fatimə: "Xatun anamı, yoldaşımı, uşağımı söyüb"

Rəqqasə Fatimə Fətəliyeva və müğənni Xatun Əliyeva arasında qalmaqal bitmək bilmir. SİA-nın məlumatına görə, Fatimə aparıcı-prodüser Tarix Əliyevin (Tolik) idarə etdiyi verilişdə qarşı tərəf haqda danışıb: "Deyir ki, hər zaman tələsir. Tələsmirəm, səbrli insanam. Amma məni özləri məcbur etdi. Mənə reklam lazım deyil. Özüm özümə baxmağa utanıram ki, belə danışıram. Azərbaycan xanımına efirdə belə təqdim etmək yaraşmır. Məni tanıyan bilir ki, zəhmətlə, pillə-pillə işləmişəm qalxmışam. Bütün dünyanı gəzib, dekor gətirmişəm. Qarşı tərəf deyir ki, demişəm, mənə xına aparmağı öyrət. Get məktəb aç, gələk".

Telefonla zəng edən Xatun Fatiməyə sərt cavab verib: "Nə məsələ idi ki, gəldi məhkəməyə çıxdı? Şou-biznesdə qanunlarla oynayır. Bizdə məhkəməyə verənə "demoqoq" deyirlər. Bilmədən düşdüm şər-böhtana. Adamın arasında söz-söhbətlər olur, nəsə olursa, əzizlərimizə görə susuruq. Oğlum əsgərlikdədir, ona görə danışmıram. Övladımı efirə çıxarıb onla bəyəni qazanmıram. Fatma, özün boyda qızın var, məhkəmələrə gedib çıxmazdın. Onun iddiası rədd edildi, bəli. Kim məhkəməyə verirsə, demək, şou-biznesin ən çirkab nöqtəsinə gəliblər".

Fatimə isə Xatunun bu sözlərinə belə münasibət bildirib: "Məhkəməyə getməyimin səbəbi, anamı, yoldaşımı, uşağımı söyməyidir. Onu Allahın məhkəməsinə buraxmışam. Aydanı necə əziyyətlə böyütmüşəm. Uşaq böyütmüşəm ki, gəlib kimsə ona əl qaldırsın, lazımsız sözlər desin? Uşağım psixoloji xəstəlik tapıb. Miqren olub. Vallah, yalın danışmıram, rol oynamıram".

Bütün xəbərlər Facebook səhifəmizdə