Müğənni-bəstəkar Murad Arif telekanalları tənqid edib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Əgər bir kanal qazanmaq üçün "zövq pornosu" göstərməyə məhkumdursa, bağlansın! "Ölünü özbaşına buraxanda, kəfənini bulayır. Bəli, bu ölü - Azərbaycan mediası, ifraz olunan - mütəmadi gördüklərimiz, kəfən də ki, əhalinin zövqüdür.
Pozğun adamların İnstaqram profilindən televiziya, radio, mətbuat fərqlənsin artıq. O fərq - peşəkarlıq, intellekt və səviyyədir. Kimdə yoxdursa, öz İnstaqramından görsün işini. Öz "Youtube"dan aparsın verilişini, halal xoşu! Belə oyun olar? Balam, əksər peşəkarlar pərən-pərən səpələnib, şirkət və təşkilatların reklam və mətbuat işlərinə. Qalanlar da kanalın dolanmaq missiyasının qurbanları...
Özüm əyləncə, şou sektorunun adamıyam. Bu efirlər nə qədər əyləndirər, oynadar, oxudar, burcudar? Balans bilirsiniz nədir? İndi bir ağıllı çıxıb deyəcək ki, "Reytinq olmasa, kanal dolana bilməz". Başınıza dəysin o dolanmaq da, o reytinq də. Əyləncənin də səviyyəsi olur axı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB