Bu gün Azərbaycanın xalq artisti, məşhur müğənni Nazpəri Dostəliyevanın doğum günüdür. SİA-nın məlumatına görə, Nazpəri xanım böyük səhnəyə ilk addımlarını 1996-cı ildə atmağa başlayıb. Müğənninin ilk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. O, 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir.
Nazpəri xanım Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyə və Kipr adasında çıxışlar edib. 2000-ci ildə Moskvada Böyük Teatrın səhnəsində, Almaniyanın Hannover şəhərində, 2001-ci ildə isə Norveçin Honisevok şəhərində konsert proqramıyla çıxış edib.
Xalq artisti ilə əlaqə saxlayıb, onu təbrik edən zaman öyrəndik ki, müğənni bu ad gününü evində, ailəsilə qeyd edəcək.
Biz də öz növbəmizdə bu gözəl sənətkara can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirik. Nazpəri xanım uzun illərdir ki, tamaşaçıların könlünü ovsunlayaraq onların qəlbinə yol tapıb. Bu xanımı böyükdən-kiçiyə, hər kəs sevir. O, məhz xalqın artistidir! Allah onu qorusun!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB