Nadir Qafarzadə avtomobili haqda: "Qaydaları bilərəkdən pozmuşam"
Müğənni Nadir Qafarzadə avtomobilə olan münasibətindən söz açıb. SİA-ya açıqlama verən müğənni yol hərəkəti qaydalarını dəqiq bilmədiyini və zaman-zaman qayda pozduğunu da gizlətmədi: "Sürücülük vəsiqəmi 2002-ci ildə almışam. Buna baxmayaraq ilk illərdə maşını özüm idarə etməmişəm. Mənim üçün sürücülər idarə ediblər. Amma 2004-cü ildən özüm sürürəm. Düzdür, bu günə qədər əzmişəm də, vurmuşam da, amma deyə bilərəm ki, 80% peşəkaram. Lakin qaydalarla bir az problemim var. İndi mən sizə yalandan deyim ki, mükəmməl bilirəm, sonra isə yalanım çıxsın!?".
Müğənni həmçinin polislərlə olan münasibətindən də bizi agah etdi: "Qaydaları pozuram, amma bunu bilərəkdən etmişəm. Mən hər zaman gecikirəm. Lakin heç nəyə baxmayaraq Dövlət Yol Polisləri ilə münasibətim çox gözəldir. Sevinirəm ki, sənətimizə bir az da olsa, hörmət var. Bilmirəm, bir insan kimi, bir şəxsiyyət və ya bir sənətçi kimi hörmət edirlər, amma çox sağ olsunlar. Əsası odur ki, yolda bu sənətin varlığı mənim köməyimə çatır. Olub ki, saxlayıblar, sonra təklif ediblər ki, uşaqlarının toyunda oxuyum, mən də getmişəm. Mənim bu düzgünlüyüm bəzi "qayişniklərə" xoş gəlib və məni görəndə deyiblər ki, bu kişi adamdır! Vəsiqəmdə balım olub. Axırıncı dəfə 3 balım var idi, amma bir il keçdi və o silindi, getdi. Bu yaxınlarda bir dəfə yazmaq istədilər, mən də yoldaşımın sürücülük vəsiqəsini verdim, yazdılar (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB