Məşhur müğənni peşəsini dəyişib

Məşhur müğənni peşəsini dəyişib
Müğənni Nura Suri bir günlük kitab satıcısı oldu. Sənətçi "Əli və Nino" kitab mağazalar şəbəkəsinin təşəbbüsü ilə keçirilən aksiyada iştirak etdi. Akisianıf keçirməkdə məqsəd cəmiyyətdə kitab oxumağa maraq yaratmaqdır.

Müğənnilər arasında kitab oxuyanların az olduğunu nəzərə alsaq, Nura Suri bu baxımdan həmkarlarından həmişə fərqlənib. Sənət 3 dildə kitab oxuyan sənətçilərdəndir. Onun bu aksiyada iştiarkı da böyük maraqla qarşılandı. Həmin gün Nura öz imzası ilə alıcılara müxtəlif janrda olan kitablar satdı.

Kitab alanlar arasında tanınmışlıarı da görmək mümkün idi. Nuranın imzası ilə şou biznesdə adları kifayət qədər tanınan Murad Arif, İlkin Həsəni, Ülvira Qarayeva, Bəhram Bağırzadə, media nümayəndələrində Aynur Talıbova və digərləri də kitab aldılıar.

SIA-nın Nura ilə də qısa söhbət etmək imkanı oldu. Müğənni bildirdi ki, belə bir aksiyada iştirak etməkdən çox məmnundu: "Şadam ki, belə bir maraqlı akiysanaya dəvət olundum və iştirak etdim. Şəhərimizin sakinlərinin katab oxuması üçün keçirilən bu aksiya təbii ki, cəmiyyətin mədəni səviyyəsinin artılıması üçün atılan addım kimi qiymətlənililməlidir. Oxumaq insanın həm mədəni, həm də intelektual səviyyəsinin artmasına təsirini göstərir. Mən hamını kitab oxumağa dəvət edirəm. Çünki kitab oxumaq çox maraqlıdır".

Fürsət əlimizə düşmüşkən müğənninin yaradıcılıq yenilikləri ilə dəmaraqlandıq. Məlum oldu ki, Nura onu da əlavə etdi ki, 2011-ci ildə tamaşaçıları yeni kliplə sevindirəcək. Bu, musiqisi Gövhər Həsənzadəyə məxsus olan "Nəğmələrimdə yaşadacağam" mahnısı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə