“Eurovision 2011” namizədi Arzum: “Elnur-Samir, Aysel-Araş cütlüklərindən və Safuradan çox fərqlənəcək proqram göstərəcəyəm”
"Eurovision 2011" mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan müğənni Arzumun final konsertinə gərgin iş qrafiki ilə hazırlaşdığı məlum olub. SİA-nın məlumatına görə, müğənni demək olar ki, günün bütün vaxtlarında məşq edir, studiyada mahnı seçimlərində olur. Mətbuata verilən açıqlamada bildirilir ki, bir neçə mahnı arasında seçim edən Arzum lirik mahnı oxumayacaq. O, qəti şəkildə lirikadan yan keçərək səs və rəqs imkanlarını nümayiş etdirə biləcəyi müasir musiqiyə üstünlük verəcək. Arzum "Eurovision"un tələblərinə uyğun olaraq həm də ingilis dilini mükəmməlləşdirmək üçün dərs alır.
"Eurovision 2011" namizədi son illər müsabiqədə ifaçıların hər hansısa komanda tərəfindən layihə şəklində təqdim olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, hələ ki, heç bir "prodakşn"la bu barədə işbirliyi qurmayıb: "Müsabiqənin ilk günlərindən bu günə kimi qazandığım bütün uğurlarımı öz gücümə əldə etmişəm. Final turunda keçə bilmək üçün çəkdiyim əziyyətlərin bəhrəsini gördüm. Çox istərdim ki, bu uğurumu növbəti dəfə finalda təkrarlayaraq Vətənimi Almaniyada təmsil edim. Ona görə də, həmişə olduğu kimi tam gücümlə çalışacağam ki, finalda tamaşaçılara bənzərsiz şou nümayiş etdirim. O ki qaldı bu işdə kimlərinsə mənə kömək etməsinə, sözün düzü hələ ki, belə bir təklif almamışam. Lakin niyə də olmasın... Əgər həqiqətən də mənə uyğun və doğurdan da maraq doğuracaq layihə olarsa, böyük məmnuniyyətlə həmin komanda ilə işləyərəm. Mən bir niyyətlə bu müsabiqəyə qatılmışam. Avropa üçün maraq doğuracaq performans nümayiş etdirmək fikrindəyəm. Bundan öncə "Eurovision" da ölkəmizi təmsil edən Elnur-Samir, Aysel-Araş cütlüklərindən və Safuradan çox fərqlənəcək proqram göstərəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB