Xalq artistinin bacısı ilə Nahidə efirdə dalaşdı VİDEO

Xalq artistinin bacısı ilə Nahidə efirdə dalaşdı VİDEO

Əməkdar artist Nahidə Orucova verilişlərin birində iştirak edib. SİA-nın məlumatına görə, aktrisa mərhum xalq artisti Nuriyyə Əhmədovanın bacısı Sevil Mikayılovanın ona ünvanladığı sözlərə münasibət bildirib: "Ona ev vermişəm, deməmişəm. Nuriyyə xanım sadəcə mənim yanımda qalanda sakit olurdu. Ona görə, illər boyu mənim evimdə qalıb. Harada yaşamışamsa, o, hər dəfəsində həftələrlə, aylarla mənim yanımda qalırdı. Yanıma gəlin və mənimlə üz-üzə bu söhbəti edin. Siz orada niyə arxamca danışırsız? Düzgün deyil. Mənim yaşım çatmır sizə nəsə deyim. Özümə alçaqlıq sayaram ki, özümdən böyüyə söz deyəm. Xahiş edirəm, danışığınızı bilin. Bacıma demədiyim sözləri, oturub Nuriyyə xanıma demişəm.

Heç vaxt “Nuriyyə gəlib mənim evimdə qalıb” demərəm. Hər zaman demişəm ki, yanımda qalıb. Onun borcundan xəbərim var idi. Hətta o borcu sizdən istəməmişəm. Borcu özüm həll etdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə