Nura Suri “RnB” üslubuna müraciət edib

Nura Suri “RnB” üslubuna müraciət edib
Taninmiş müğənni Nura Suri məşhur reper, "Dəyirman" qrupunun üzvü MiriYusifin bacısı Günay Mirbabayeva ilə duet oxuyacaq. Bu barədə SİA-ya müğənni Nura məlumat verib: "RnB üslubunda olan mahnı gələn ilin əvvəlində tamaşaçılara təqdim olunacaq. Günayla bu yaxınlarda tanış olmuşam. Hər ikimiz vokal üzrə eyni pedaqoqdan dərs alırıq. Duet oxuyacağımız mahnını isə aranjemançı Givinin studiyasında eşitdik və hər ikimiz bəyəndik.

Nura onu da əlavə etdi ki, 2011-ci ildə tamaşaçıları yeni kliplə sevindirəcək. Bu, musiqisi Gövhər Həsənzadəyə məxsus olan "Nəğmələrimdə yaşadacağam" mahnısı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə