Araş Azərbaycana gələcək FOTO

Məşhur müğənni Araş Azərbaycana gələcək. Onun paytaxtımıza səfər etməsinə səbəb "Jara 2019" beynəlxalq mahnı müsabiqəsində iştirak etməkdir. SİA-nın məlumatına görə, bu haqda xalq artisti Emin Ağalarov "İnstagram" səhifəsndə xəbər yayıb. O, Araşla şəklini paylaşaraq bu sözləri yazıb: "Səni gördüyümə şad oldum. Tezliklə Moskvada və Bakıda möhtəşəm şouların olacaq. Birlikdə "Zara 2019" festivalında zövq alacağıq" sözlərini qeyd edib.

Qeyd edək ki, artıq bir neçə ildir keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçıları Emin, Qriqori Leps və Sergey Kojevnikovdur.

Festivalın növbəti konsertinə hazırlıqlar artıq başlayıb. 2019-cu ildə keçiriləcək konsert 25, 26, 27 və 28 iyul tarixinə planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə