“Rəmişin ilk toyunda Gülü ağlayırdı” VİDEO

“Rəmişin ilk toyunda Gülü ağlayırdı” VİDEO

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və həyat yoldaşı Güllü, əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda Dədə Süleyman Rəmişlə bağlı xatirələrini bölüşüb: "Rəmişin 3 gün toyunu mən oxumuşam. Güllü məktəb vaxtından Rəmişi sevirdi. Elə oldu ki, Rəmiş evləndi. Güllü həmin toyda ağlayırdı. Tale elə gətirdi ki, Rəmişlə Güllü birləşdilər.

40 ildir ki, belə bir istedadı saxlayıb, onun nazıyla oynamaq asan deyil. Rəmiş çətin musiqiçidir. O zamanlar buna Maestro Niyazi qiymət verib”.

Bütün xəbərlər Facebook səhifəmizdə