Əməkdar artist Almaz Ələsgərli yeni doğulan nəvəsi ilə şəkil yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı fotonu "İnstagram" hesabına yerləşdirib. Müğənni paylaşımına bu sözləri yazıb:“Allah balalarımızı xoşbəxt, bəxtəvər eləsin. Nənə olmaq çox gözəl hissdir. Hamıya nəsib olsun”.
Qeyd edək ki, bu, sənətçinin İsveçrədə yaşayan qızı Mədinənin ikinci nikahdan dünyaya gələn övladıdır. Onlar uşağa Melisa adını qoyublar. A.Ələsgərli qızının ikinci dəfə ailə qurduğunu mediadan gizli saxlayıb.
Xatırladaq ki, sənətçinin Əminə və Mədinə adlı qız övladları var. Hər ikisi ailəli olub və ayrılıb. Mədinə isə ikinci dəfə ailə qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB