Kərim: "Evli xanımlar bir gecəlik görüş təklif edirlər" VİDEO
Müğənni Kərim Abbasov heç kimin gözləmədiyi açıqlama verib. SİA-nın məlumatına görə, o, verilişlərin birində bir gecəlik görüş təklif edən xanımlardan danışıb: "Bir gecəlik görüş təklif edənlər çox olub. Evli xanımlar çoxdur. Baxıram şoka düşürəm. Mesaj bölməsini bu dəqiqə açıb göstərə bilərəm ki, mənə kimlər yazır, nələr təklif edib, nələr istəyirlər. Heç oxumuram. Görsənir ki, evlidir, uşağı ilə şəkil qoyur, amma mənə yazır, görüşmək istəyir. Elə açıq-aydın yazırlar ki, bax otur ağla".
Sənətçi heç vaxt həyat yoldaşına xəyanət etməyəcəyini bildirib: "Xəyanət canımda yoxdur. Birini sevdimsə, sevirəm. İt kimi sevirəm. Çox şükür qismətimdə sevdiyim insan var. Ona görə ikincisinə ehtiyac yoxdur".
Kərim türkiyəli ifaçı Yıldız Tilbenin konsertində ifaçının ondan gül almadığı, tənqid etdiyi xəbərinə də münasibət bildirib: "Yıldız guya deyib ki, böyük adamlarsız? Niyam orda dedi ki, biz sənətçilərik, dəstək olmağa gəlmişik. Allah işinizi avand eləsin. O kadrlar məndə var. Baxın görün Yıldız Tilbe mənim, ya da Niyamın haqqında elə bir kəlmənin baş hərfini çəkibsə, gəlin tüpürün üzümə. Hətta gülü götürüb arxaya keçəndə dedi ki, nə gözəl güllərdir, eynən mənim kimi.
Küçədə qalmış bir insana aparıb o gülü versək belə o sözü işlətməzdi. Qaldı ki, Yıldız Tilbe kimi sənətçi. İnsana gül vermişiksə, niyə o kəlməni işlətməlidir. Elə şey olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB