Müğənni Günay İbrahimli ötən gün "İnstagram" səhifəsində yeni fotosunu paylaşıb. SİA-nın məlumatına görə, onun şəkillərdəki aksesuarları izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri ifaçının çantasının, ayaqqabısının markası və qiyməti ilə maraqlanıblar.
Araşdırmamız zamanı bəlli olub ki, G.İbrahimlinin çantası və ayaqqabısı "Louis Vuitton" markasına aiddir. Ayaqqabının qiyməti 1090 dollar, təxminən 1853 manat, çantanın qiyməti isə 688 dollar, təxminən 1173 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB