Mirkamil: "8 aydır narkotikdən uzaqlaşmışam"

Mirkamil: "8 aydır narkotikdən uzaqlaşmışam"

Müğənni Mirkamil Kamilov ötən gün "İnstagram"da canlı yayıma girərək izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, canı yayımda qəribə hərəkətlər edən ifaçı yazılan təhqirlərə cavab da verib: "Mənə işıqlı dünyadan çox qaranlğı sevdirdilər. Deyirlər, başım qaçır. Qaçdığı gün özümü vuracam. Mən Azərbaycanda ən zəif oğlanam. Yaxşı olmaq istədim, amma dedilər, pis ol. Mən də acımasız oldum".

Mirkamil bir neçə gün əvvəl narkotikdən müalicə olunması ilə bağlı açıqlamasına aydınlıq gətirib. O, izləyicinin "Əsas narkotiki atmısız" sözlərinə "8-9 aydır uzaqlaşdım. Hansı kruqda oldum, onlara da can sağlığı diləyirəm.
Uzaqlaşmışam, şükür. Düşmənimə də diləmirəm" cavabını verib.

Müğənni beyin xərçəngindən əziyyət çəkdiyini də söyləyib: "Beynimin sağ tərəfində şiş var idi. Özüm sağaltmışam. Psixoloji fikirlərlə hər şeyi etdim. Başqa cür yaşamaq istəyirdim, buna vadar etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə