Türkiyəli müğənni Rafet El Roman dostu olan azərbaycanlı təşkilatçı Nahid Emiloğludan yazıb. SİA-nın məlumatına görə, Rafet İnstaqram səhifəsində Emiloğlunun şəklini paylaşaraq, pis olduğunu bildirib: "Azərbaycanda bir çox konsertimizi təşkil edən dostum Nahid Emiloğlu dünyasını dəyişib. Allah rəhmət etsin. Ailəsinə və yaxınlarına başsağlığı diləyirəm".
Qeyd edək ki, N.Emiloğlu Rafetin Bakıda bir neçə dəfə konsertini təşkil edib. Təşkilatçı noyabrın 1-də ürək çatışmazlığından dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB