Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova verilişlərin birində qonaq olublar. SİA-nın məlumatına görə, proqramda müğənnilərin bir neçə ay əvvəl dünyasını dəyişən atası Zakir Məmmədovla bağlı süjet yayımlanıb.
Süjetdə Gülyaz və Gülyanağın anası Şəhribanu xanım danışıb. Ərinin məzarını ziyarət edən ifaçıların anası mərhumla bağlı fikirlərini bölüşüb: "Səhər oyananda dedi, kürəyim ağrıyır. Başını sinəmə qoyub, kürəyini ovdum, amma getdi. Unuda bilmirəm, həmişə gəlib ziyarət edirəm. Mehriban olmuşuq, heç vaxt ondan inciməmişəm".
Süjet yayımlanan zaman xalq artistləri göz yaşlarını saxlaya bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB