Musa Yaqub: "Əllərim tanınmaz haldadır" VİDEO

Musa Yaqub: "Əllərim tanınmaz haldadır" VİDEO

Aparıcı Elgiz Əkbərin aparıcılıq etdiyi verilişin yaradıcı heyəti hazırda səhhətində problem olan şair Musa Yaqubu ziyarət edib. SİA-nın məlumatına görə, şairlə bağlı sujet hazırlanıb. Videoda M.Yaqub hazırda gəzə bilmədiyini bildirib: “Çox ağır xəstəlik keçirdim, sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar... Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim, bala, niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər rəng qoymusan.

Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, bir az tənginəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah bilmirəm ki, özümə nə olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə