Müğənni Şəbnəm Tovuzlu verilişlərin birində şəxsi həyatı haqda açıqlama verib. SİA-nın məlumatına görə, sənətçi 15 yaşlı qızı Güneldən və ilk həyat yoldaşından danışıb: "Ailədə anlaşılmazlıq ola bilər. Biz düşməncəsinə ayrılmamışıq. Hər şey ailə ilə bağlı birləşib. Bəlkə övlad olmasa, "salam, sağ ol" da olmazdı. Qızım atasına çox bənzəyir. Özü ilə "salam, sağ olum" olmasa da, bilirəm ki, o, onunla nəfəs alır. Hər ikisi bir-biri ilə nəfəs alır. Onlara şərait yaratmaq mənim borcumdur.
Həyat yoldaşım da deyir ki, Günel, o, sənin atandır. Sən mənim canımsan, nə deyirsən gözüm üstə. İndiki yoldaşım artıq 5 ildir Güneli əlinin içində saxlayır. Amma o sənin yarındır. Onunla görüş də, sev də, atandır".
Qeyd edək ki, Şəbnəmin ikinci nikahından bir oğul övladı da var. İfaçı Hacı Rafiq adlı iş adamı ilə evlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB