Qardaşı qızı Burcu Başoğlu ilə sevgili olma xəbərləriylə gündəmə gələn aparıcı Murad Başoğlu həbs edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, polislər aparıcını Muğlanın Bodrum bölgəsində tutublar.
Onun həbs edilməsinə səbəb isə keçmiş arvadı Sadiye Hande Bermeki ölümlə hədələməsi və yanındakı dostunu vurması olub. Cütlük arasında küçənin ortasında söz savaşı baş verib. Bu zaman Murad keçmiş arvadının yanındakı dostu Emre Sönmezi vurub. Sönmez və Başoğlu daha sonra xəstəxanaya gedərək həkim müayinəsindən keçib.
Hadisədən sonra Hande polisə şikayət ərizəsi yazıb. Başoğlu haqqında 6284 saylı “Ailənin qorunması və qadına qarşı şiddətin qarşısının alınmasına dair qanun”a uyğun olaraq 3 aylıq həbs- qətiimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB