Xəbər verdiyimiz kimi, ərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva verilişlərin birin qatılaraq evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuş və qınanılmışdı.
SİA-nın məlumatına görə, uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən aktrisadan yeni xəbər var.
Ötən gün isə T.Əliyevanın beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. Həmin vaxt mədəsini kiçiltmək üçün həkimə müraciət edən aktrisaya bunun mümkünsüz olduğu deyilib. Amma buna əhəmiyyət verməyən "Toppuş bacı" bıçaq altına yatıb. Bu ilin avqustunda əməliyyat olunan Tünzalə uşaqlıq yolunda olan bədxassəli şişi kəsdirib. O bildirib ki, şişdən yeni xəbəri olub.
T.Əliyeva bu iddialara qarğışla cavab verib: “Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin”. Onun bu sözləri hər kəs tərəfindən tənqid edilib.
Müğənni Mirkamil Kamilov Tünzalənin qarğışlarını "İnstagram" səhifəsində yayımlayaraq bunları yazıb: "Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın (Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin anası - red.) balalarının boğazından kəsilib sizə göndərilən 13 min manat pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə "dvijeni" fikirləşən yoldaşın mütləq bu yazımı oxusun. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm".
İfaçının sosial şəbəkədə bu paylaşımı aparıcı Zaur Baxşəliyevin idarə etdiyi verilişdə müzakirə olunub.
Mirkamil proqrama telefon bağlantısı ilə qoşularaq bu sözləri deyib: "Tünzalə xanımın xəstəliyi vaxtı yanında həyat yoldaşını görmədim. Əri yalnız aktrisaya xoşbəxt günündə dəstəkdir. Həyat yoldaşının Tünzalə Əliyevanı atmağa haqqı yoxdur. Hamı xoşbəxt olmağa layiqdir.
Onu da deyim ki, mənim də 4-5 xəstəliyim var idi. Belə ki, narkomaniya qarşı mübarizə aparmışam. Hətta beyin xərçəngindən və ürəyimdə olan problemlərdən əziyyət çəkmişəm. Amma onların çarəsini tapıb, özümü sağaltmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB