Nadir: "Baba olmaq istəyirəm" FOTO

Müğənni Nadir Qafarzadə oğluna vağzalı çaldırmaq fikrinə düşüb. SİA-nın məlumatına görə, sənətçi bu haqda "İnstagram" səhifəsində yazıb. O, böyük oğlu Loğmanın şəklini paylaşaraq baba olmaq istədiyini vurğulayıb: "Atanın bal balası... Nəslimin davamçısı, ürəyim. Sənin simanda, Allah bütün övladları qorusun. Amma məni tez baba et, bunu çox istəyirəm".

Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan Nadirin Əziz adlı daha bir oğul övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə