Lalə Məmmədova Milli Konservatoriyada baş müəllim vəzifəsinə təyin olunub
Azərbaycanın tanınmış müğənnisi Lalə Məmmədova Elmi Şuranın qərarı ilə Milli Konservatoriyanın ictimai elmlər kafedrasının baş müəllimi vəzifəsinə təyin olub. Bu barədə SİA-ya müğənninin özü məlumat verib: "Mən artıq səkkiz ildir dərs deyirəm və mənim üçün müəllim olmaq böyük şərəfdir. Bu peşə çətin, eyni zamanda böyük, gərgin işdir. Gərək bu işin vurğunu olasan. Mənim üçün ən maraqlıdır məqamlardan biri də odur ki, yaşca məndən böyük olan tələbələrə belə dərs deməli oluram və hər kəs mənə böyük hörmətlə yanaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB