Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının başlama tarixi açıqlanıb. SİA-nın məlumatına görə, bu haqda festivalın rəsmi İnstaqram səhifəsində xəbər verilib. Bildirilib ki, tədbir iyulun 25-də start götürəcək. Dörd gün davam edəcək gecənin bağlanışı iyulun 28-nə planlaşdırılıb.
"Sea Breeze" istirahət mərkəzində keçiriləcək festivalın qonaqları arasında Rusiya şou-biznesinin nümayəndələri ilə yanaşı yerli məşhurlar da yer alacaqlar.
Qeyd edək ki, "Jara"nın digər təşkilatçıları Qriqori Leps və Sergey Kojevnikovdur. Bir müddət əvvəl məşhurlar "Jara 2019"a hazırlıqlara başladıqlarını açıqlamışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB