Elnarə yenidən aparıcılıq edəcək

Müğənni Elnarə Xəlilova radio-aparıcılığına başlayır. SİA-nın məlumatına görə, o, Antenn Fm-də yeni proqramda mikrafon qarşısına keçəcək. “Konfet” adlanan proqram həftəiçi 5 gün saat 11:00-13:00 arası yayımlanacaq. “Konfet”də mətbəx, gözəllik, sağlamlıq, dəb, ailə-məişət mövzularından bəhs ediləcək. Proqrama həmçinin mövzulara uyğun qonaqlar da dəvət olunacaq. Elnarənin təqdimatında “Konfet” noyabrın 1-dən yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə