Aygün Kazımovanın qızı gələn həftə “Eurovision -2011” yarımfinal mərhələsində özünü sınayacaq- FOTO

Aygün Kazımovanın qızı gələn həftə “Eurovision -2011” yarımfinal mərhələsində özünü sınayacaq- FOTO
"Eurovision -2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin altıncı həftəsində çıxış edəcək 11 namizədin adı açıqlanıb. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) canlı efirində müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirəcək.

Gələn həftənin bazar ertəsindən etibarən İlqarə İbrahimova, Eldar Qasımov, Seyran İsmayılxanov, Leyla İdrisova, Samirə Babayeva, Rüstəm Əlləzov, Ruslan Meşədiyev, Elyanə Əhmədova, Fuad Mustafadazə, Sərxan Məmmədov və Diana Hacıyeva münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcək.

Dekabrın 24-də, yəni gələn həftənin cümə günü 11 namizəd arasından ən çox səs toplayanı finala vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə